Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
25.04.2024

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki,  Füzuli  Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız  Respublikasının Prezidenti Sadır Japarovu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

visiontv.az