İrana bağlı qüvvələr ABŞ-a qarşı hücumlar planlaşdırmağa davam edir
04.05.2024

İslam Respublikası tərəfindən dəstəklənən silahlı qruplaşmalar Amerika qüvvələrinə qarşı hücumlar planlaşdırmağa davam edir.

Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib.

O, bir müddət əvvələ nisbətən hücumların dayandığını, ancaq bunun nə müddətə kimi belə qalacağını proqnozlaşdıra bilmədiyini söyləyib.

Qeyd nedək ki, bu bəyanatdan sonra İraqda olan İrana bağlı "İslami Müqavimət Hərəkatı" silahlı qruplaşma İsrailə bir neçə dəfə qanadlı raketlər vasitəsi ilə zərbə endirib.

Məlumata görə, hücum “Arkub” tipli qanadlı raket vasitəsi ilə edilib. Qeyd edilib ki, ilk dəfə olaraq İsrailin Təl-Əviv şəhəri hədəfə alınıb.

visiontv.az