Qərb və Çin mediasında İlham Əliyevin səfəri ilə bağlı analitik yazıların çoxluğu diqqət çəkir
23.04.2025

Prezident İlham Əliyevin Si Cinpinlə görüşü son dərəcə önəmli məsələdir. Azərbaycan prezidenti deyib ki, Çinlə Azərbaycan arasında münasibətlər yaxşı olsa da “hələ istifadə olunmamış böyük potensial var”.

Obrazlı desək, İlham Əliyev bu potensialın reallaşması üçün Pekinə gedib.

O, “Bir Kəmər və Bir Yol” təşəbbüsünün əhəmiyyətini və Azərbaycanın Orta Dəhlizdəki rolunu vurğulayaraq, Orta Dəhlizi “Çin və Avropa arasında malların çatdırılması üçün ən rəqabətli marşrut” adlandırıb.

Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına da bu səfər müsbət təsir göstərəcək...

Qərb və Çin mediasında bu səfərlə bağlı analitik yazıların çoxluğu diqqət çəkir. Çin Azərbaycana son dərəcə lazımlı ölkədir. Bu gün Çin ABŞ-dan geridə qala bilər. Ancaq sabah Çin Amerikanı geridə qoyacaq. Buna kimsə şübhə etməsin...

https://www.globaltimes.cn/page/202504/1332638.shtml?fbclid=IwY2xjawJ1hRRleHRuA2FlbQIxMABicmlkETFycFhDUkxESW1kOTZNZlJqAR7HtrLmUJ23DJk-oCjvRqoK_KDnAeXm-A9cytZh8vD6q3_AMD7tNliuTs_-3Q_aem_3R0eZVVof3rkknkzM4MzdA

Elbəyi Həsənli

visiontv.az