Bağdad Batareyası eramızdan əvvəl 250-ci ilə aid edilən və İraqın Bağdad şəhəri yaxınlığında aşkar edilmiş qədim bir artefaktdır.
Keramika qabdan, mis silindrdən və dəmir çubuqdan ibarət olan bu cihaz, turşulu maye əlavə edilərək kiçik miqdarda elektrik istehsal edə bilir. Bəzi tədqiqatçılar onun elektroplatlama və ya dini ayinlər üçün istifadə edildiyini düşünürlər. Eksperimentlər bir cihazın təxminən 0.5-1 voltluq enerji istehsal edə bildiyini sübut edib. Bununla belə, cihazın əsl məqsədi mübahisəlidir və qədim insanların elektrik texnologiyası haqqında biliklərə malik olduğunu göstərən potensial sübut kimi diqqət çəkir.
Videoda Bağdad batareyasının prototipindən əldə edilən elektrik enerjisini görürsünüz. Onu da qeyd edim ki, bu tip qurğuları ardıcıl birləşdirərək gərginliyi artırmaq mümkündür.
Siz nə düşünürsünüz, qədim insanlar elektrik enerjisini həqiqətən bizdən öncə kəşf etmişdilərmi?
Neandertal
visiontv.az