Qaradağda tarixi abidə məhv olur
15.04.2025

Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalının Kəleybər bölgəsində yerləşən tarixi memarlıq abidəsi məhv olmaq üzrədir.

Bu barədə Təbriz mediası məlumat yayıb.

Məlumata görə, Qacarlar dövründə eyni adlı kəndin yaxınlığındakı dağın zirvəsində inşa edilən Aynalı sarayının bərpa və qorunması üçün əlaqədar dövlət orqanlarına müraciətlər cavabsız qalıb.

1907-ci ildə Avropa memralığı üslubunda tikilən Aynalı sarayından 1945-ci ildə Cənubi Azərbaycan milli hökumətinin bölgədəki hərbi qərargahı kimi istifadə olunub.

Saray budan əvvəl İranın milli əsərlər siyahısında qeydə alnsa da, onun qorunması üçün iş görülməyib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8