Mədəni İrs Nazirinin müavini Qaradağ meşələri və Binab kababının dünya üzrə qeydiyyata alınması üçün səylərin göstərildiyini açıqlayıb
Mədəni İrs Nazirinin müavini Bəhruz Nədai bildirib ki, Qaradağ meşələrinin UNESCO-da dünya qeydiyyatına alınması üçün iş gedir. O bu barədə Şərqi Azərbaycan valisi ilə görüşündə bildirib. Bəhruz Nədai, həmçinin, Binab kababının da qeydiyyata salıınması üçün də iş aparıldığını bildirib.
Qeyd edək ki, Qaradağ meşələri Şərqi Azərbaycanın şimalında 164.000 hektar ərazisi olan geniş dağlıq və meşəlik ərazidir. 1976-cı ildə UNESCO bu bölgədə 72.460 hektar ərazini biosfer qoruğu kimi qeydə alıb.
Qaradağ Meşələrinin Ümumdünya Reyestrinə müraciəti 2017-ci ildə verilib. Lakin son səkkiz il ərzində UNESCO nümayəndələri müraciəti rədd ediblər. Ekoloji ekspertlərin fikrincə, mədənlərdən, xüsusilə Süngün mis mədənindən qeyri-standart istifadə və ətraf mühitin ekoloji cəhətdən məhv edilməsi Qaradağ Meşələrinin dünya qeydiyyatı ərizəsinin rədd edilməsinin əsas səbəblərindəndir.
visiontv.az