Pezeşkianın sabiq köməkçisinin xanımı ərinin işdən qovulmasına sərt reaksiya verdi
11.04.2025

İran prezidenti Məsud Pezeşkianın parlament məsələləri üzrə keçmiş köməkçisi Şəhram Dəbirinin həyat yoldaşı bahalı səyatə getməsinə görə vəzifəsindən qovulmasından sonra “Instagram” hesabında paylaşım edərək münasibət bildirib.

O, Şəhram Dəbirini Argentinaya səfərini tənqid edənləri “paxıl” adlandıraraq yazıb: “Bu qısqanc millət Dəbirinin sədaqətli olmasına dözə bilmədi”.

Onun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çoxları bunu “ictimai düşüncənin təhqir olunması kimi dəyərləndirib”. 

visiontv.az