İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinə hazırlıq sürətlənib.
Bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib.
Onun sözlərinə görə, ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkianın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək:
“Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına səfər edəcək.
Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal-qərbinin dörd ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir”.
visiontv.az