Pezeşkian: “Atam da türkdür, anam da, türk olduğumla da fəxr edirəm”
18.09.2025

İran prezidenti Məsud Pezeşkian etnik kimliyi ilə bağlı yayılan fərziyyələrə aydınlıq gətirib. O, müxtəlif müsahibələrində həm atasının, həm də anasının türk olduğunu bəyan edərək, “Mən türk olduğum üçün fəxr edirəm” deyə vurğulayıb.

2024-cü ilin iyulunda keçirilmiş prezident seçkilərində islahatçı cinahın namizədi kimi çıxış edən və ikinci turda Səid Cəliliyinə qalib gələrək İranın 9-cu prezidenti seçilən Pezeşkian, bu vəzifəyə seçilməzdən öncə səhiyyə naziri və millət vəkili kimi fəaliyyət göstərib.

Pezeşkian 7 uşaqlı ailənin beşinci övladıdır. Onun anası Məhbubə Sudbaxş 1930-cu ildə Urmiyada anadan olub. Ata Məhəmməd Əli isə əczaçılıq sahəsində çalışıb. Ailə bir müddət Soyuqbulaq (Mahabad) şəhərində yaşayıb.

visiontv.az