Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik
04.10.2024

“COP29-a sədrlik edən ölkə kimi mən Azərbaycanı İqlim Fəaliyyəti üzrə bu çox mühüm qlobal konfransın hazırlanmasında göstərdiyi səylərə və görülən işlərə görə təbrik edir və COP29 üçün göstərdiyi səyləri təqdir edirik”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko İqlim Fəaliyyəti üçün Yürüş toplantısı çərçivəsində APA-ya açıqlamasında bildirib.

“Mən də bu məsələnin əhəmiyyətini və kollektiv səylərimizi ictimaiyyətə çatdıran Bakı İqlim Fəaliyyət Həftəsində iştirak etməkdən çox şadam. Təşkilat qrupunun səylərini də yüksək qiymətləndirirəm. COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin fəaliyyətini də yüksək qiymətləndirirəm. Avropa İttifaqı bu çox mühüm qlobal konfransın uğurlu nəticələrinə və planetimizin gələcəyi naminə çox vacib olan məqsədlərə nail olmaq üçün COP29-un yüksək səviyyəli sədrliyi dövründə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək”- deyə səfir qeyd edib.

Visiontv.az