Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov ABŞ və İran arasında gərginliyin artması ilə bağlı qiymətləndirmələr edib.
GünazTV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat paylaşıb.
"Biz hesab edirik ki, məsələ yalnız siyasi və diplomatik vasitələrlə müzakirə olunmalıdır və təbii ki, bütün tərəflər mütləq təmkin nümayiş etdirməlidirlər", - Kreml sözçüsü bildirib.
O, bütün məsələləri müzakirə edərkən tərəflərin diqqətini diplomatik səylərə yönəltməli olduğunu vurğulayıb.
"Biz hazırda ABŞ-la münasibətlərimizi canlandırmaq üçün çalışırıq, lakin İran həm də bizim tərəfdaşımız, müttəfiqimizdir və bizim çox inkişaf etmiş, çoxşaxəli münasibətlərimiz var", - Peskov qeyd edib.
Qeyd edək ki, daha öncə rəsmi Moskva Tehran və Vaşinqton arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.
visiontv.az
Prezident İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub