“Paydari Cəbhəsi” kimi tanınan ekstremist qruplaşmanın simalarından olan Tehran və Reyin İran parlamentindəki nümayəndəsi Kamran Qəzənfəri Azərbaycana ağır və misli görünməmiş hücumlar edib.
O, İran parlamentindəki uzun çıxışında Azərbaycanı İranla müharibədə İsraillə birbaşa və davamlı əməkdaşlıqda ittiham edib və Azərbaycana qarşı İsrailə hərbi və kəşfiyyat bazalarının verilməsindən tutmuş Rəisinin öldürülməsində əməkdaşlığa qədər bir çox iddialar irəli sürüb. O, Azərbaycanın məqsədinin İslam Respublikası rejimini devirmək olduğunu və bu istiqamətdə İsraillə əməkdaşlıq etdiyini iddia edib.
Daha sonra hücumlarını Məsud Pezeşkiana çevirib:
"O niyə Azərbaycana səfər edir, niyə prezident İlham Əliyevlə dostluq və şəxsi münasibətlər qurur?! Məgər bilmir ki, o (Red - İlham Əliyev) İslam Respublikasını devirməyə çalışır?!" - deyə Qəzənfəri bildirib.
Kamran Qəzənfəri əslində Məsud Pezeşkianı da İslam Respublikası rejimini devirmək istəməklə günahlandırır. Bu iddia daha əvvəl Paydari Cəbhəsinin digər türk və Azərbaycan əleyhdarı üzvü Əbülfəzl Zöhrəvənd tərəfindən irəli sürülb.
Bu iddianın təkrarlanması onu göstərir ki, Paydari hərəkatı sistemli şəkildə Pezeşkianı meydandan uzaqlaşdırmaq, hətta mümkünsə məhkəməyə vermək üçün onu düşmən hökumətlərlə əməkdaşlıqda və rejimi devirməyə çalışmaqda ittiham etməyə çalışır.
visiontv.az