Paşiyanın görüşdən imtinasının arxasında Fransadan çox Birləşmiş Ştatların diqtəsi durur
Paşiyanın görüşdən imtinasının arxasında Fransadan çox  Birləşmiş Ştatların diqtəsi durur
19.07.2024 Sahib Alıyev Tərəfindən

Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsi onun heç də qərbdəkilərin təqdim etmyə çalışdıqları kimi sülh göyərçini olmadığını növbəti dəfə təsdiqləməklə yanaşı Azərbaycanın maraqları baxımından həm müsbət, həm də mənfi anlam daşıyan bəzi reallıqlardan da xəbər veirir.

Sonuncudan başlasaq, məncə, Paşiyanın bu görüşdən imtinasının arxasında Fransadan çox haylarla birgə təlimin ardından öz hərbçisini təlimatçı olaraq uzun müddətə Ermənistan Müdafiə Nazirliyində yerləşdirəcəyini açıqlayan Birləşmiş Ştatların diqtəsi durur. Əgər söhbət ancaq Fransadan getsə idi, Ermənistan baş naziri özündə bu qədər cəsarət taparaq sözü gedən görüşdən imtina etməzdi.

Burada ABŞ Dövlət Departamentinin yüksək vəzifəli təmsilçilərinin hansı intensivliklə İrəvanda peyda olmalarını da xatırlatmaq lazım gəlir. Son bir ayda dövlət katibinin üç müavini Ermənistana təşrif gətirdilər. Xeyir ola, bu kiçik ölkəni Bayden Adminstrasiyası üçün önəmli edən nədir ki, dövlət katibinin müavinlərinin biri oranı tərk edər-etməz dabanbasaraq digəri özünü yetirir?

Sonuncu gələn təmsilçinin- dövlət katibinin vətəndaş təhlükəsizliyi, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın açqlamalarından da göründüyü kimi bu intensivlik heç də regiona davamlı sülh gətrimək üçün deyil. Və Paşinayanın Böyük Britaniya baş nazirinin təşkil etdiyi görüşə qatılmaq istəməməsindən də bu, açq-aydın görünür. Eyni zamanda o da açıq-aydın görünür ki, “kollektiv qərb”dəkilərin bizim regiona yanaşmada tutduqları mövqe heç də tam üst-üstə düşmür. Burada “kollektiv”lik ABŞ və Fransaın arzuladığı qədər yükskək deyil. Məsələn, Böyük Britaniya, İtaliya və bir sıra hallarda isə Almaniya Güney Qafqazda heç də onlarla sinxron hərəkət etmirlər. Böyük Britaniya baş nazirinin təşkil etdiyi görüşə Paşinyanın qoyulmamasının səbəbi də məncə, məhz bununla, yəni rəsmi Londonun ikinci Qarabağ savaşından sonra bizim regionda baş verən dəyişikliklərə Bayden Adminstrasiyasından fərqli yanaşmasıyla bağıdır.

Millət vəkili Sahib Alıyev

visiontv.az