Paşinyan Aİ-nin də Zəngəzur dəhlizini icarəyə götürməsində maraqlı olduğunu bildirib
16.07.2025

Syünikdə (Zəngəzur) yolun autsorsinqində təkcə ABŞ yox, Avropa İttifaqı da maraqlıdır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

"Hazırda Amerikanın təklifi müzakirə olunur. Biz onlarla maraqlanırıq. Hələlik razılıq yoxdur, amma bu ola bilər", - Paşinyan qeyd edib.