Ermənistanın baş naziri Nikol Paşinyan 9 mayda Moskvaya gedəcək və Qələbə paradında iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan TASS-a açıqlamasında bildirib.
"Nikol Paşinyanın 9 mayda Moskvaya səfəri Aİ və ya başqa məsələlərlə bağlı deyil", – deyə o vurğulayıb.
Qələbənin 80 illiyinə həsr olunan bayram tədbirlərində iştirak etmək üçün Moskvaya bir sıra ölkə liderləri gələcək. Qonaqlar arasında Serbiya prezidenti Aleksandr Vuçiç də olacaq, o, həmçinin Qırmızı Meydandakı parada serb bölmələrinin də qatılacağını bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Qələbə Gününün qeyd olunmasına Tacikistan prezidenti Emoməli Rəhmonun da gələcəyi gözlənilir.
80 illik yubileyə Çin Xalq Respublikasının sədri Si Cinpin də qatılacaq. Braziliya prezidenti Luiş İnasio Lula da Silva və Kuba rəhbəri Migel Dias-Kanel də 9 Mayda Moskvaya gələcəklərini təsdiqləyiblər.
Visiontv.az