Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb
10.05.2024

Polis əməkdaşları ötən gün ölkə ərazisində 82 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

visiontv.az