Nobel Sülh mükafatını alan Nərgiz Məhəmmədiyə əlavə həbs cəzası verilib
22.10.2024

Evin həbsxanasında saxlanılan güney azərbaycanlı siyasi məhbus və 2023-cü ilin Nobel Sülh mükafatını alan Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verilib.

Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, Tehranın Cinayət Məhkəməsi Məhəmmədini bir müddət əvvəl İran həbsxanalarında edam cəzalarına etiraz etdiyinə görə "hökumət məmuruna tabe olmamaq və qarşıdurma yaratmaq"da günahlandıraraq yenidən cəzalandırılıb.

Xatırladaq ki, hüquq müdafiəçisi və siyasi məhbus avqustun 6-da etiraz aksiyalarında həbs edilən Rza Rəsayinin edam edilməsinə görə Evin həbsxanasında etiraz aksyası keçirib.

Onunla həmrəylik göstərən başqa 4 qadın siyasi məhbusun da üçüün hər birinə 6 ay, birinə isə 3 ay əlavə həbs cəzası verilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

visiontv.az