“Niyə tez-tez Bakıya səfər edirsiniz?”
16.12.2025

Xameneinin qəzeti Pzeşkianı hədəfə aldı.

İranın ali rəhbəri Əli Xameneiyə bağlı olan radikal mövqeli “Keyhan” qəzeti İran hökumətinin Azərbaycanla münasibətini tənqid edən yazı dərc edib.

Qəzet iddia edib ki, Azərbaycan son illərdə İranın maraqlarına zidd addımlar atıb, o cümlədən etnik məsələləri qabartmaq, sərhəddə gərginlik yaratmaq və İsraillə əməkdaşlığı genişləndirmək yolu tutub. “Keyhan” bunun qarşısında Tehranın Bakıya münasibətinin daha sərt, hesablanmış və açıq mesajlar üzərində qurulmalı olduğunu yazıb.

Yazıda İran prezidenti Məsud Pezeşkianın mövqeyi də tənqid olunub. Qəzetin iddiasına görə, Pezeşkian İran–Azərbaycan əlaqələrinin zəifliyinə görə məsuliyyəti İslam Respublikasının üzərinə qoyur və bu məsələdə əvvəlki dövrlərdə hərəkətsizlik olduğunu bildirir.

“Keyhan” eyni zamanda rəsmi səfərlərin tez-tez təkrarlanmasına baxmayaraq, konkret nəticələrin əldə olunmadığını deyərək, bunun Azərbaycanın davranışında dəyişiklik yaratmadığını yazıb.

visiontv.az