Allah - Allah! İran İslamın qoruyucusu, Əlinin qılıncının ev sahibi, Hüseynin göz yaşlarını kəsilmiş əliylə silən varlıq, on ikinci imamın zühur edəcəyi məmləkət, yer üzünə ədalət dağıdacaq, yer üzərində Allahın kölgəsi və s...
Görürsünüz, nə qədər müqəddəs dini məsələlər var hamısını işğal ediblər və əməlli-başlə panfarsist quruluş inşa ediblər, Amma indi nə baş verir:
Həması Fələstində qoyub qaçdılar:
Hizbullahı Livanda tərk etdilər.
Həşdi -Şabini İraqda bombalatdılar, Qasımın bircə qol sümüyü qaldı.
Suriyada Bəşir Əsədi qoyub, qaçdılar.
Nəhayət, növbə gəlib çatdı Yəməndəki mazoxist, radikal islamçı, husi qardaşlarına.
Onları da dünən yolda qoydular və Yəməndə Hüsiləri ABŞ bombardmanları altında qoyaraq qaçmağa qərar verdilər.
İranın yüksək rütbəli rəsmisi deyib ki, bu addım İran əsgərinin öldürüldüyü təqdirdə ABŞ-la birbaşa qarşıdurmadan qaçmaq məqsədi daşıyır.
Bu nə deməkdir ki:
İsrailin 2024-cü ildə Suriyanın paytaxtı Dəməşq şəhərində İranın konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun 7 zabiti öldü, İrandan reaksiya yox,
2011-2016-cı illərdə Suriyada İranın 11 generalı öldürlüdü, reaksiya yox.
İranlı nüvə alimi Şəhram Amirinin müəmmalı şəkildə yoxa çıxdı, İrandan reaksiya yox,
İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla Teranın ortasında qətlə yetirildi, İrandan reaksiya yox.
Həmas Liderini Tehranın ortasında öldürdülər, tık yox.
Beləcə, növbə çatır özlərinə - görək İrandan hara qaçmağı düşünürlər.
Əziz Əlibəyli
visiontv.az