Nə olursa olsun adı “Zəngəzur dəhlizi” olmasın: Çünki bu ifadə Azərbaycan və Türkiyəyə məxsusdur
Nə olursa olsun adı “Zəngəzur dəhlizi” olmasın:  Çünki bu ifadə Azərbaycan və Türkiyəyə məxsusdur
27.09.2024 Elbəyi Həsənli Tərəfindən

Rəsmi Tehran hesab edir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhə və sabitliyə təhlükədir. İranlı siyasi analitik Dr. Vali Kaleji belə buyurur. Bu mübarək zad yazır: “Tehran Ermənistanın suverenliyi altında qalarsa və marşruta nəzarət ermənilər tərəfindən həyata keçirilərsə, nəqliyyat dəhlizinin yaradılmasına mane olmayacaq, çünki bura onların ərazisidir”. Amma nə olursa olsun, onun adı “Zəngəzur dəhlizi” olmamalıdır, çünki bu ifadə Azərbaycan və Türkiyəyə məxsusdur.

O, həmçinin qeyd edir ki, Tehran üçün İran ərazisindən keçməsi nəzərdə tutulan Araz dəhlizinin əhəmiyyəti yalnız Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayana və Sünikdən tranzit keçməyə razılaşana qədərdir. Bu baş verdikdən sonra İran rəsmiləri hər hansı Araz marşrutunun əhəmiyyətinin sıfıra düşəcəyini qəbul edirlər...

Azərbaycan və Türkiyə “Zəngəzur dəhlizi” ifadəsindən imtina edə bilərmi? Məncə, bu, mümkündür. Məsələn, bu marşruta Turan dəhlizi də deyə bilərik...

Vali Kaleji deyir ki, Zəngəzur dəhlizi İranı Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan ayıra bilər. Üstəlik, Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığı gücləndirəcək. Yəni hər iki ölkənin hərbi hissələri bu dəhliz üzərindən rahat hərəkət edə biləcəklər...

Bizdə bir qrup cahil insan var. Təmənnalı şəkildə İrana yarınmaq üçün Zəngəzur dəhlizinə dil uzadırlar. Müxalifətçi "demokrat"larımız var ki, onlar da ABŞ və Avropa İttifaqından gələn təlimatlara əsasən Zəngəzur dəhlizini lağ-lağı obyektinə çevirmək istəyirlər. Özünüz deyin: Belə murdar adamlara necə rəğbət bəsləmək olar?..

Bir daha deyirəm: Zəngəzur dəhlizi məsələsi Qarabağ məsələsindən də önəmli məsələdir. Ümid edirəm ki, nə vaxtsa bu sadə həqiqət hər kəsə aydın olacaq, elə yolunu azanlara da...

Elbəyi Həsənli

visiontv.az