NASA Yupiterin peyki Europanı tədqiq edəcək və orada həyatın mövcudluğunun əlamətlərini araşdıracaq
17.10.2024

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yupiterin peyki Europa-nı tədqiq edəcək və orada həyatın və onun mövcudluğunun əlamətlərini araşdırmaq üçün Europa Clipper Avtomatik Planetlərarası Stansiyanı (AIS) uğurla orbitə buraxdı.

Europa peyki Günəş sistemində həyat axtarışı üçün ən perspektivli obyektlərdən biridir. Peykin səthi zərərli radiasiyaya məruz qalsa da Europanın buzlu qabığı Yerdəki bütün okeanların həcmindən iki dəfə çox ola biləcək maye, isti okeanı gizlədir. Onun dünya alimlərinin diqqətini cəlb etməsi təəccüblü deyil. İndi Avropa Kosmik Agentliyinin (ESA) JUICE tədqiqat stansiyası, arxasınca da Europa Clipper bu sirli peykə doğru uçur.

Yupiterin peykinə uçuş təxminən beş il sürəcək. Qət edəcəyi məsafə 1,8 milyard mil olacaq.

6 tonluq Europa Clipper stansiyasının buzla örtülmüş Europa peykinə 2030-cu ilin sonlarında çatacaq…

“Biz Yupiterin peyki Auropada naməlum həyat axtarmayacağıq – bizə məlum olan həyat formalarının mövcudluğu üçün bütün komponentlər orada ola bilər: su, üzvi birləşmələr, enerji və ekoloji sabitlik. Kəşf edəcəyimizlər astrobiologiya və Kainatdakı yerimizi başa düşmək üçün çox böyük təsirlərə malik olacaq”, –NASA direktorunun müavini Jim Free deyir.

İbrahim Nəbioğlu

visiontv.az