Müstəntiq SEPAH-ın ittihamını rədd edib
27.03.2024

İranda Mərkəzi Əyalətin Ərak rayonu istintaq şöbəsinin müstəntiqi Rza Ehsani “ifadə azadlığını” əsas götürərək müttəhim barədə SEPAH-ın ittiham hesabtı ilə razılaşmayıb.

Bu barədə hüquqi məslələr üzrə “İxtibar” internet səhifəsi müstəntiqin qərarını dərc edərək bildirib.

Məlumata əsasən Mərkəzi Əyalətin “Ruhulla” adlı SEPAH-nın Təhülkəsizlik İdarəsi əyalətin siyasi aktivistlərindən birinin əlyehinə ittiham raporu hazırlayıb. 

Belə ki, adı açıqlanmayan müttəhim martın 4-ü bir yas mərasimində çıxış edərək hakim sistemin 2022-ci il ümum respublika etirazlarında hərəkətlərini tənqid edib.

SEPAH-ın Təhülkəsizlik İdarəsi aktivistin ifadələrini “sistemə qarşı təbliğat fəaliyyəti” kimi qiymətləndirib və məhkəməyə rapor göndərməklə onun təqibini tələb edib.

İdarənin tələbinə cavab olaraq Ərak rayonu Ümumi Prokurorluğu 4-cü İstintaq Şöbəsinin müstəntiqi Rza Ehsani “təqibdən azad edilmə qərarı” çıxarıb.

Qərarda deyilir: “hökmranlıq metodunun tənqid edilməsi hər bir İran vətəndaşının danılmaz hüququ və ifadə azadlığının şərtlərindən biri hesab olunur”. 

visiontv.az