İsrail İranın qərar vermə mərkəzlərini və hökumət binalarını vurmaqla rejimin devrilməsini hədəfləyir. İranda rejimin dəyişməsi mümkün görünmür. Xalq ayağa qalxmir. Quru qoşunlarının müdaxiləsi yoxdur. Rejim dəyişərsə, alternativi ondan da pisi şahın nəvəsi gətirilirsə, fars millətçiyinin ən böyük nümayəndəsidir. İranın parçalanması, Güney Azərbaycanın azadlığa qovuşmasına imkan verilməyəcək. İranda islahatçı azərbaycanlı M. Pezeşkiana Ali dini rəhbər S. Xamenei və onun ətrafı imkan vermədi ölkəni normal idarə etsin.
Qərblə əməkdaşlığı inkişaf etdirib, normal münasibətlər qursun. Qərblə normal münasibətlərin memarı Cavad Zərifə mühafizəkarlar imkan vermədi. SEPAH prezidentin işləməsinə açıq mane oldu. Rusiyaya silah və PUA ötürüldü. Qərblə danışıqlarda manipulyasiya edildi. M. Pezeşkianı gətirib, görüntü yaratmaq idi. Nəticədə isə, mühafizəkar qanadın generalları öldürüldü.
Bundan sonra, İran rejiminin qalmasi çətin görünür. İran üçün ən optimal variant M. Pezeşkiana dövləti tam təhvil verib, mühafizəkar sistem hakimiyyətdən getməsidir.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az