Marmarisdə meşə yanğını yenidən gücləndi
30.07.2021

Muğlanın Marmaris şəhərində güclü külək səbəbindən meşə yanğını şiddətlənib.

Asparan ərazisindəki güclü yanğın səbəbindən Marmaris-Datça yolu bağlanıb. Yanğın Armutalan məhəlləsinin yaxınlığındakı meşə sahəsinə də keçib. Vətəndaşlara bölgəni tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Turistlər artıq şəhəri tərk etməyə başlayıb.