Makronkimilərin Azərbaycanın zəfərini həzm etməkdən başqa yolu yoxdur
Makronkimilərin Azərbaycanın zəfərini həzm etməkdən başqa yolu yoxdur
18.03.2024 Sahib Alıyev Tərəfindən

Prezident İlham Əliyev və ölkəmizə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin mətbuata birgə bəyanatlarında diqqət çəkən ən mühüm məqamlardan biri dövlətimizin başçısının Gürcüstan baş naziri ilə görüşdə bildirdiyi kimi bizim 'heç vaxt olmadığı qədər" sülhə yaxınlaşdığımız haqda dediyi sözlər idi.

Və cənab İlham Əliyevin heç vaxt olmadığı qədər sülhə yaxınlaşmamızda Azərbaycanın 2020-2023-cü illərdə atdığı hərbi-sitasi addımların mühüm rol oynadğını vurğulayaraq bunu "uzunsürən münaqişələrin necə həllini tapa biləcəyinin əsl örnəyi" kimi təqdim etməsində isə məncə, artıq hər kəsin razılaşdığı bir reallıq sərgilənirdi. Reallıq isə bundan ibarətdir ki, Birləşmiş Ştatlarının Kəşfiyyat Birliyinin son hesabatından da göründüyü kimi qərbdəkilər də konfliktin bitməsi ilə razılaşıblar. Və konflikti bitirən də, sülh təşəbbüsü ilə çıxış edən də məhz Azərbaycandır. Özü öz təhlükəsizliyini təmin edib indi də Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan.

Azərbaycan liderinin ölkəmizin torpaq bütünlüyünü və üzərində suverenliyimizi hərbi-siyasi yolla təminini uzun sürən münaqişələrin həlli üçün örnək olaraq təqdim etməsinin əleyhinə bir kəlmə belə deməyən, quruma üzv dövlətlərin enerji təhlükəsizliyində oynayacağımız rolu dəyərləndirmək məqsədilə ölkəmizə təşrif gətirdiyini bildirən NATO baş katibinin bəyanatından məncə, ilk dərs çıxarmalı ölkə Fransadır.

Bizə qarşı sanksiya xülyası quran rəsmi Paris baxıb görsün cənab Stoltenberq nə deyir. O deyir ki, "Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayır və ölkəmizin qazla yanaşı gələcəkdə elektrik enerjisinin də Avropaya ötürülməsində "daha mühüm rol oynadığını görməkdən məmnun"dur. Bu isə o deməkdir ki, makronkimilər ha atlanıb düşsələr də, bəli, "game over" və Azərbaycanın zəfərini həzm etməkdən başqa yol yoxdur.

Millət vəkili Sahib Alıyev

visiontv.az