Los-Ancelesdəki meşə yanğınlarının arealı daha da genişlənməsi ilə əlaqədar rəsmilər 100 min nəfərin təxliyəsinə göstəriş verib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, təkcə “Hollywood” ətrafında 20 hektara yaxın meşə ərazisi tamamilə məhv olub.
Los-Ancelesin qərbində bu göstərici ümumilikdə 6406 hektara çatıb, mindən çox tikili məhv olub, o cümlədən bir çox məşhurun villası yanğınlardan zərər görüb.
Yanğınlar nəticəsində 5 nəfər ölüb, 1 milyon şəxs isə elektriksiz qalıb.
Los-Ancelesin Yağından Mühafizə Xidmətinin rəhbərti Antoni Marrone deyib ki, hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.
Qeyd edək ki, “Oskar” mükafatının keçiriləcəyi məkan da bu ərazidə yerləşdiyindən mərasim təxirə salınıb.