Livanın xarici işlər naziri Yusif Rəci İranın bu ölkəyə təyin olunan yeni səfirinin etimadnaməsini qəbul etməyib.
Bu haqda Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.
"Ölkənin xarici işlər nazirinin İranın yeni səfirini qəbul etmək üçün hüquqi prosesdən keçməkdən imtina edərək iki ölkə arasında səfir mübadiləsi prosesini faktiki olaraq dayandırdığını bildirib",- məlumatda deyilir.
Bəzi media orqanları xəbəri "Livan İranı diplomatik şəkildə alçaltmağa davam edir" başlığı ilə yayıblar.
Qeyd edək ki, bundan əvvəl isə Livanın XİN başçısı İran xarici işlər naziri Abbas Əraqçının dəvətini qəbul etməyib.
Bu, İran hökumətinin rsəmi Beyrutun "Hizbullah"ın silahlarının təhvil vermək tələbinə qarşı çıxması və Livanın daxili işlərinə qarışması ilə bağlıdır.
visiontv.az