"Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü şəbəkənin sahibi Pavel Durovu "Telegram"-a daha diqqətlə nəzarət etməyə çağırıb. Onun sözlərinə görə, messencer getdikcə terrorçuların əlində alətə çevrilir.
“Əlbəttə, biz Pavel Durovdan daha çox diqqət gözləyərdik, çünki texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında böyüyən bu unikal və fenomenal resurs getdikcə terrorçuların əlində alətə çevrilir. - terror məqsədləri üçün istifadə olunur”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Peskov hazırda Rusiyada "Telegram"-ı bloklamaq planının olmadığını da söyləyib.
visiontv.az