Kreml ABŞ-nin "Crocus"la bağlı bütün informasiyaları Moskvaya ötürməməsi məlumatına münasibət bildirib
28.03.2024

Kreml "New York Times"ın ABŞ kəşfiyyat orqanlarının "Crocus"da terror aktı ilə bağlı bütün informasiyaları Rusiya Federasiyasına ötürmədiyi barədə məlumatına münasibət bildirib

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu barədə məlumatsız olduğunu söyləyib. Qeyd edək ki,  "New York Times"  nəşrinin yazdığına görə, ABŞ  kəşfiyyat  xidmətləri mənbələrini açıqlamaqdan qorxaraq  "Crocus"da  terror aktı  təhlükəsi ilə bağlı əldə etdikləri bütün məlumatları Rusiyaya ötürməyiblər.

visiontv.az