Kopp–Etchells effekti və ya səhra şəraitində eniş edən vertolyotun pərvanələri niyə işıq saçır?
13.10.2024

Gördüyünüz bu video kadrlar heç bir montaj effektinə məruz qalmayıb. Amerikan hərbi jurnalist Michael Yon Əfqanıstanda çəkiliş apararkən bir çox dəfə amerikan hərbçilərinə məxsus vertolyotların pərvanələrinin eniş zamanı bu şəkildə parıldadığını müşahidə etmiş və bu fenomenə Əfqanıstanda öldürülmüş iki əsgərin adını vermişdir.

Fenomenin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr irəli sürülsə də, əsas teoriyaya görə bu işıqlanmaya səbəb pərvanələrin üzərini örtən qoruyucu metalların havada olan qum dənəciklərinə sürtünməsi nəticəsində ortaya çıxan qığılcımlanmadır.

Digər teoriyaya görə fenomenə səbəb qum kristalların pərvanə ilə təması zamanı parçalanması nəticəsində ortaya çıxan tribolumisensiya (kristal cismlərin parçalanması zamanı ortaya çıxan işıqlanma) ola bilər.

Başqa bir nəzəri iddia isə pərin havada olan qum dənəciklərini çox böyük sürətlə hərəkətə gətirməsi nəticəsində onların havada sürtünmədən alışmasıdır.

Siz nə düşünürsünüz? Hansı fikir daha real səslənir?

Neandartal

visiontv.az