"Traxtur" yenidən liderliyə yüksəldi
17.03.2025

Təbrizin “Traxtur” komandası İran çempionatında növbəti qələbəsini qazanaraq, liderliyə yüksəlib.

Qarşılaşma martın 16-ı yerli vaxtla saat 19:30-da Təbrzin Səhənd (Yadiqari imam) stationunda keçirilib.

Təbriz təmsilçisi 23-cü turun oyununda yerli azarkeşləri önündə Sircan şəhərinin “Gol Qohar” komandasını 2-1 hesabı ilə məğlub edib.

Bununlada vacib 3 xal əldə edən “Traxtur” 48 xalla (22 oyun) turnir cədvəlinə başçılıq edir. “Gol Qohar” 35 xalla (23 oyun) 5-ci yerdədir.

Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən Tehranın “Persepolis” komandası 47 xalla (23 oyun) 2-ci, İsfahanın “Sepahan” komandası isə 46 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8