JF-17 Thunder qırıcılarınınn Azərbaycana gətirilməsi ordumuzun döyüş qabiliyyətini daha da yüksəldəcək
JF-17 Thunder qırıcılarınınn Azərbaycana gətirilməsi ordumuzun döyüş qabiliyyətini daha da yüksəldəcək
30.09.2024 Elbəyi Həsənli Tərəfindən

JF-17 Thunder qırıcı təyyarəsi Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Çində bu təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir. Bu təyyarə dördüncü nəsil qırıcılar sinfinə daxildir..

JF-17 Thunder Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" sayılır, yaxın gələcəkdə bu qırıcılar ciddi şəkildə baha olan F-16 (Pakistanda) qırıcılarını əvəzləyəcəyi gözlənilir.

2008-ci ilin yanvarında Azərbaycan JF-17-nin Azərbaycana mümkün satışı ilə bağlı Pakistanla danışıqlar aparıb. 2015-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələri hər biri təxminən 16-18 milyon ABŞ dolları dəyərində olan bir neçə JF-17 almaq üçün Çinlə də danışıqlara başlayıb. 2018-ci ildə Pakistan Silahlı Qüvvələri Azərbaycanla hərbi və müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə müzakirə edib və sonuncunun JF-17 Thunder qırıcı təyyarəsini almaqda maraqlı olduğunu ifadə etməsi ilə yekunlaşıb. 2018-ci ilin dekabrında Turan xəbər agentliyi Azərbaycan və Pakistan arasında JF-17 Blok II döyüş təyyarələrinin alınması ilə bağlı danışıqların başa çatmaq üzrə olduğunu bildirmişdi. 2019-cu ilin dekabrında Pakistanla hərbi əməkdaşlığa can atan Azərbaycan JF-17 Thunder qırıcı bombardmançı təyyarələri almaqda maraqlı olduğunu bildirmişdi.

2024-cü il fevralın 22-də isə bildirildi ki, Azərbaycan Pakistanla Azərbaycan Hərbi Hava Qüvvələri üçün dəqiqləşdirilməmiş sayda JF-17C Blok 3 çoxməqsədli döyüş təyyarələrinin alınmasına dair 1,6 milyard dollar dəyərində müqavilə imzalayıb.

25 sentyabr 2024-cü il tarixində Azərbaycan mediası bəyan etdi ki, JF-17 Blok 3 Adex 2024 sərgisi çərçivəsində Azərbaycan Prezidentinə təqdim olunub və “sözügedən təyyarələrin artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına inteqrasiya olunduğunu” bildirilir...

Gördüyünüz kimi, Azərbaycanın Pakistandan nə qədər JF-17 Thunder alması açıqlanmır. Ancaq müqavilənin dəyəri 1.6 milyard dollarıdır. JF-17 Thunder 16-18 milyon dollara satılır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycana 100-ə yaxın JF-17 Thunder daxil olacaq...

Bu detalları niyə yazdım? Bəzi dünyadan bixəbərlər elə zənn edir ki, silah bazarı kolxoz bazarı kimi bir şeydir. Pulunu verib silahını alırsan. Təbii ki, elə deyil. Gördüyünüz kimi, qırıcı ilə bağlı danışıqlar 2008-ci ildə başlayıb, yəni 16 il əvvəl. Qırıcılar isə hələ indi gəlib çıxır...

JF-17 Thunder haqqında onu da deyim ki, bu qırıcının Azərbaycana gətirilməsi Ordumuzun döyüş qabiliyyətini yeni bir zirvəyə yüksəldəcək. Hazırda sürətlə silahlanmaqda olan Ermənistan da bunun fərqindədir...

Bu arada isə Türkiyə 5-ci nəsil qırıcılarının (Kaan) kütləvi istehsalına hazırlaşır. Onu da qeyd edək ki, bu layihədə Azərbaycan da yer alır. Şübhəsiz ki, Kaan ilk fürsətdəcə Azərbaycan Ordusunun ixtiyarına veriləcək...

May be an image of 1 person and aircraft

Elbəyi Həsənli

visiontv.az