İtaliya hökuməti Tehranın təklifini rədd edib
16.04.2025

İtaliya hökuməti Tehranın Amerika ilə danışıqlarının ikinci raundunun Omanın Romadakı səfirliyində aparılması barədə təklifini rədd edib.

Bu barədə İran xarici media məlumat yayıb.

"İtalyanlar danışıqların Romadakı İtaliya hökumətinin nəzarəti altında olan bir yerdə aparılmasını istəyiblər. Mənbələrə görə, bu məsələ ilə bağlı dörd tərəf arasında məsləhətləşmələr hələ də davam edir",- məlumatda bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də danışıqların ikinci turunun da Omanda keçiriləcəyini deyib:

"Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Maskat bu danışıqların 20 aprel şənbə günü keçiriləcək ikinci raunduna da ev sahibliyi etməyə davam etsin”.

Qeyd edək ki, bundan əvvəl İraliya da danışıqların Romada keçiriləcəyini təsdiq etmidi.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8