İsveç XİN İranın cinayətkar qruplardan istifadəsinə etiraz edib
20.04.2025

İsveç Xarici İşlər Nazirliyi İranın bu ölkədə təhlükəsizliyin pozulmasına yönələn fəaliyyətlərinə etirazını bildirib.

Məlumata görə, İsveç XİN bu ölkədə İrana xidmət edən və öz məqsədlərinə çatmaq üçün uşaq və yeniyetmələri istismar edən cinayətkar qrupların fəaliyyəti ilə bağlı ümumi bəyanatlar vasitəsilə, həm də birbaşa olaraq İran rəsmilərinə etirazını çatdırıb.

Qeyd edək ki, bir müddət öncə İsveçin Kəşfiyyat Agentliyi (Sapo) İranı İsrailə və İsveçdəki digər hədəflərə qarşı terror aktları törətmək üçün cinayətkar dəstələri cəlb etməkdə günahlandırıb.

visiontv.az