İstənilən halda, Ərdoğan böyük siyasətçi olduğunu göstərdi - Azər Rəşidoğlu
İstənilən halda, Ərdoğan böyük siyasətçi olduğunu göstərdi - Azər Rəşidoğlu
16.06.2021 Azər Rəşidoğlu Tərəfindən

Ərdoğanın Şuşa səfəri və bəyanatları bölgədə yeni situasiya yaradır. Bu, yalnız diplomatiyaya aid deyil, eyni zamanda daxili siyasətə təsirini göstərəcək. Azərbaycan iqtidarının əli daha da gücləndi.

Rusiya ilə razılaşdırılmış bir səfər olsa belə, Moskvanın razı qalacağını düşünmürəm. Ərdoğan Azərbaycanın təhlükəsizliyini üzərinə götürməklə, Köçaryan və digərlərinin revanşını hazırlayanlara da cavab verdi.

Türkiyə məsələsində ictimai rəy demək olar ki, birmənalıdır! Ankara bölgədə əsas güc olduğunu nümayiş etdirir. İranın məsələyə münasibəti də mühüm olacaq. İstənilən halda, Ərdoğan böyük siyasətçi olduğunu göstərdi!

Visiontv.az