İsraildə güclü meşə yanğınları başlayıb
30.04.2025

İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib.

“Yediot Ahronot”un məlumatına görə, yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.