İranlı qadın Fransada həbs edilib
09.04.2025

8 il əvvəldən Fransanın Lion şəhərində yaşayan 35 yaşlı iranlı qadın Rəan İsfəandiyari həbs edilib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"O, Fələstinin fəalı və tərəfdarı olub və Qəzza xalqına dəstək üçün materiallar dərc edib",- İran tərəfi İsfəndiyarinin həbs səbəbi ilə bağlı yaydığı məlumatda bildirib.

Fransa Daxili İşlər Nazirliyi isə iranlı qadının həbs səbəbi barədə hər hansı açıqlama verməyib.

Qeyd edək ki, hazırda Fransa vətəndaşları Sesil Kohler və onun həyat yoldaşı Jak Paris İranda həbsdədirlər.

Onlar 2022-ci ildə İranda başlayan etiraz aksiyalarını qızışdırmaqda və "casusluq"da günahlandırılıblar.

Rəsmi Paris isə dəfələrlə İranda həbsdə olan vətəndaşları dövlət girovu adlandırıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8