Bəndər Abbasın Şəhid Rəcayi limanında baş verən partlayış təsadüfi deyil və burada İsrailin müdaxiləsi ilə bağlı aşkar nişanələr var.
Bunu İran parlamentinin üzvü Məhəmməd Sərrac deyib.
"Dörd fərqli nöqtədə partlayışlar baş verdikdə, bu, artıq konteynerlərə partlayıcıların yerləşdirildiyini göstərir”,- o bildirib.
O, konteynerlərə partlayıcı qurğuların quraşdırılması ehtimalının yüksək olduğuna diqqət çəkib:
"Partlayıcılar konteynerlərə ya mənbədə ixracatçı ölkə tərəfindən qoyulub, ya da yolda və ya hətta yerli agentlər tərəfindən partlayıcılarla təchiz edilib, görünən odur ki, onlar konteynerlərin ən çox ziyan vurması üçün limana çatacağı vaxtı dəqiq hesablayılar”.
visiontv.az