İranın Şərqi Asiyaya ixracatı məhv edilib
01.04.2025

İranın Almaniya, Yaponiya və Braziliyadakı keçmiş səfiri deyir ki, Amerika sanksiyaları nəinki İranın Avropa ilə iqtisadi əlaqələrini ciddi şəkildə məhdudlaşdırıb, həm də Şərqi Asiya ilə ticarət əlaqələrini demək olar ki, durğunluğa gətirib çıxarıb.

Əli Məcidi bu barədə ILNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

“Hazırda Çin və bəlkə də ixracımızın çox məhdud olduğu bir neçə ölkə istisna olmaqla, Şərqi Asiya bizimlə ümumiyyətlə işləmir.” - deyə Əli Məcidi bildirib.

Diplomatın sözlərinə görə, Yaponiya, Cənubi Koreya və son zamanlar dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan kimi inkişaf etmiş ölkələr İranla ticarət əlaqələrini minimuma endiriblər.

Məcidi Ticarət Palatasının üzvləri ilə keçirdiyi son görüşlərə toxunaraq, xüsusilə Yaponiya ilə iqtisadi və hətta siyasi əlaqələrin də dayandırıldığını söyləyib.

O əlavə edib ki, əvvəllər İranın neft ixracının 3/4 hissəsi Şərqi Asiyanın payına düşürdü.

"Bloomberg" 17 milyon barrel İran xam neftini daşıyan 10-dan çox tankerin Malayziya sahillərində qapalı vəziyyətdə qaldığını və hələ də müştərilərinin olmadığını bildirdi.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8