Bu gün İranın Sistan və Bəluçcistan əyalətinin Zahidan rayonunu Lar bölgəsində naməlum silahlı şəxslər SEPAH-ın "Qüds" qüvvələrinin olduğu avtomobiə hücum edib.
Bu haqda "Mehr" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 3 SEPAH üzvü həlak olub.
Bəluc Fəallarının Kampaniyasının məlumatına görə, hücum nəticəsində SEPAH-ın Lar bölgəsinin əməliyyat komandiri də həlak olub.
Hələlik silahl hücumun məsuliyyətini heç bir qurum öz üzərinə götürməyib.
SEPAH hücumçuların saxlanılması ilə bağlı əməliyyatların başladığını bildirib.
visiontv.az