Payız fəslinin 3 ayı ərzində İranda 3247 nəfər dəm qazdan zəhərlənib.
Bu barədə Fövqəladə hallar təşkilatı məlumat yayıb.
Məluata görə, zəhərlənənlərdən 175 nəfəri həyatını itirib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəm qazından zəhərlənmə halları 15 faiz artıb.
Qeyri-rəsmi mənbələr hadisənin İran istehsalı olan qeyri-standart isitmə sistemləri ilə əlaqəli olduğunu qeyd ediblər.
visiontv.az