İranda məktəb ləvazimatı bahalaşdı
18.09.2025

Yeni təhsil ilinin başlanmasına bir neçə gün qalmış İranda məktəb ləvazımatı kəskin bahalaşıb.

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, məktəb ləvazimatı, çanta və məktəbli geyimləri 30-50% arası bahalaşıb.

Bildirilib ki, İranda orta aylıq gəlirin 15 milyon tümən (150 dollar) olduğuna görə, bahalaşma aztəminatlı ailələrin uşaqlarının təhsillərini davam etdirmələrinə mane olacaq.

Qeyd edək ki, bundan əvvəlki statistikaya görə, ötən təhsil ilində İranda 750 min şagirdin təhsili yarımçıq qalıb.

Bunun əsas səbəbinin bahalıq və yoxsulluq olduğu bildirilib.

visiontv.az