İranda 6 siyasi məhbus edam ediləcək
10.12.2025

Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsində edama məhkum edilmiş 6 siyasi məhbusun yenidən məhkəməsi olub və bundan əvvəlki ölüm cəzası təsdiq edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, eyni ittihamlarla həbs edilən məhkumlar ayrı-ayrılıqda və bir neçə dəqiqə ərzində mühakimə olunublar, onların müdafiə çıxışı etmələrinə imkan verilməyib.

Baələrində ölüm cəzası çıxarılan Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əliəkbər (Şahrox) Daneşvərkar və Babək Əlipur, hökumətə müxalif "Xalq Mücahidləri Təşkilatı"na üzv olmaqda günahlandırılıblar.

Qeyd edək ki, İranın müxtəlif bölgələrində ən azı 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

visiontv.az