Beynəlxalq təşkilatları və BMT-nin İranda insan haqları üzrə məruzəçisi May Satonun etirazlarına baxmayaraq, İranda edam höklərinin sayı artıb.
Bu barədə insan haqları təşkilatlarının yaydıqları hesabatlardan məlum olur.
Son məlumata görə, Güney Azərbaycanın Marağa, Xuzistanın əyalətinin Dezful, Fars əyalətinin Nurabad və Cənubi Xorasan əyalətinin Bircənd şəhərlərində 6 məhkum edam edilib.
Onların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.
Bununla yanaşı İran İnsan Haqları Təşkilatının yaydığı aylıq hesabata görə, sentyabrın 23-dən oktyabrın 23-ə kimi İran həbsxanalarında ümumilikdə 150 məhbus dar ağacından asılıb.
Edam edilənlərin 145-i kişi, 5-i qadın, 13-ü etnik bəluç və 8-i isə əfqanistan vətəndaşıdır.
visiontv.az