İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” hesabında paylaşım edərək, Tehran və Vaşinqton arasında Omanda keçiriləcək danışıqları şərh edib.
“Biz vicdanla və tam sayıqlıqla diplomatiyaya real imkan veririk. Amerika düşmənçilik ritorikasına baxmayaraq qəbul etdiyi bu qərarı təqdir etməlidir. Biz nə əvvəlcədən mühakimə edirik, nə də proqnozlaşdırırıq. Qarşı tərəfin niyyətini və ciddiyyətini şənbə günü dəyərləndirib, müvafiq növbəti addımları atmaq niyyətindəyik”, - deyə, Bəqai vurğulayıb.
visiontv.az