İran və İraqda dəhşətli qum qasırğasından görüntülər - FOTOLAR
17.04.2025

“Tasnim News” xəbər verir ki, bu gün İranın bir sıra əyalətlərində güclü qum qasırğası və hava çirkliliyinə görə dövlət qurumları və təhsil müəssisələrində işlər dayandırılıb. Bildirilib ki, səlahiyyətlilər sakinləri mümkünsə evdə qalmağa çağırır.

Məlumata görə, İraqda da güclü qum qasırğası baş verib. Uşaqlar da daxil olmaqla 1800-dən çox insanın tənəffüs sistemində problem yaranıb, onlardan 700-dən çoxu xəstəxanaya çatdırılıb. Təbii fəlakət Nəcəf və Bəsrə hava limanlarının işini iflic edib.

visiontv.az