İran uranı silah səviyyəsinə yaxın bir həddə qədər zənginləşdirib
18.03.2025

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının genişləndirilməsi ilə bağlı artan narahatlığına toxunaraq, Tehranın nüvə həddini keçməyə çox yaxın olduğu barədə xəbərdarlıq edib

“İran məsələsi hər zaman BAEA-nın gündəmindədir. Bu ölkənin çox iddialı və geniş nüvə proqramı var və bu proqram çərçivəsində İran uranı demək olar ki, silah səviyyəsinə yaxın bir həddə qədər zənginləşdirir”, - deyə, Rafael Qrossi vurğulayıb.

Qrossi qeyd edib ki, Tehran beynəlxalq öhdəliklərə əməl etməməklə gərginliyi artırıb. (Iran International)

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8