İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib
08.01.2025

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. IRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.