Yəzd həbsxanasında 15 il sürgün cəzasına həbs edilən güneyli məşhur həkim Həmid Qarahəsəli siyasi məhbuslar Məhəmmədmehdi Kərəmi və Məhəmməd Hüseyninin edamının ikinci ildönümündə bildirib ki, heç bir hökumət zülmlə ayaqda qala bilməz.
Qarahəsənli İran xalqına müraciətində deyib: “Ehtiyat və qorxunu cəsarətlə əvəz etməliyik. Biz bütün gücümüzlə dayanmadan çalışmalıyıq. Rəngindən, irqindən və dinindən asılı olmayaraq bütün iranlılar üçün səy göstərək. Biz haqlı tələblərimizi əldə etmək prosesində zorakılıq hərəkətlərinə yol verməməliyik… Həqiqəti nə qədər sıxışdırsalar da, yenidən yüksələcək. Çünki heç bir yalan sonsuza qədər gizlənə bilməz və zülm edən heç bir hökumət tab gətirə bilməz”.
Qeyd edək ki, Həmid Qarahəsənli 2022-ci ilin sentyabrında başlayan xalq etirazlarında hökumət qüvvələrinin öldürdüyü azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra həbs edilib.
visiontv.az