İran rəsmisi: “Azərbaycanla əməkdaşlıqda yeni səhifənin şahidi olacağıq”
28.04.2025

“Tasnim News” xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana yola düşəcək. Bu barədə Pezeşkianın siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi paylaşım edib.

Pezeşkianın Bakıya səfərindən söz açan Sənayi yazıb: “Səfər çərçivəsində çoxsaylı proqramlar gözlənilir və ümid edilir ki, biz dərin tarixi əlaqələri olan iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən ticarət və sərhəd əyalətlərində əməkdaşlığın genişləndirilməsində yeni səhifənin şahidi olacağıq”.

visiontv.az